Medianews.az
ABŞ-nin yeni məqsədini
68 baxış

ABŞ-nin yeni məqsədini açıqladı

“ABŞ bütün iqtisadiyyatı və enerji marşrutlarını nəzarətə almaq istəyir”.

Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, ABŞ bütün aparıcı ölkələrə, bütün qitələrə gedən bütün enerji təchizatı marşrutlarını ələ keçirmək istəyir: “Avropada onlar üç il əvvəl partladılmış "Şimal Axını" boru kəmərinə, Ukrayna qaz nəqli sisteminə və "Türk Axını"na “baxırlar".

Lavrov həmçinin qeyd edib ki, ABŞ ədalətli rəqabət standartlarına cavab verməyən bir sıra alətlər vasitəsilə qlobal iqtisadiyyata hakim olmağa çalışır. Ən təəccüblü nümunələr arasında o, Tramp administrasiyasının tarif və sanksiyalardan istifadəsini misal gətirib.

Medianews.az

Bizə qoşulun