Medianews.az
Qış Olimpiadasında medal qazanan ölkələr -
85 baxış

Qış Olimpiadasında medal qazanan ölkələr - SİYAHI

İtaliyada keçirilən 2026 Qış Olimpiya Oyunları artıq ilk nəticələrini göstərməyə başlayıb.

BAKU.WS xəbər verir ki, artıq 116 yarışdan 13-ü tamamlanıb və medal cədvəlində rəqabət getdikcə daha da kəskinləşir.

Hazırkı nəticələrə əsasən, Norveç 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumilikdə 6 medalla medal cədvəlinə liderlik edir.

İkinci pillədə ABŞ qərarlaşıb. Amerikalı idmançılar indiyədək 2 qızıl medal əldə ediblər. Ev sahibi İtaliya isə 1 qızıl, 2 gümüş və 6 bürünc medal ilə ümumilikdə 9 medal qazanaraq ilk üçlükdə yer alıb.

Yaponiya və Avstriya da stabil çıxışları ilə ilk beşlikdə mövqelərini qoruyurlar. Qarşıdakı yarış günlərində medal cədvəlinin yenidən dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 7-nə keçən gecə Milan və Kortina-d"Ampezzo şəhərlərində XXV Qış Olimpiya Oyunları başlayıb. Olimpiya məşəlinin yandırılması mərasimi eyni vaxtda iki şəhərdə baş tutub. Milanda alov Sülh Tağı yaxınlığında, Kortina-d"Ampezzoda isə Anjelo Dibona meydanında yerləşdirilib. Açılış mərasimində ümumilikdə 92 nümayəndə heyəti iştirak edib. Milanda olimpiya məşəlini dağ xizəkçiləri Alberto Tomba və Debora Kompanyonni yandırıblar. İtaliyadakı Oyunlarda neytral statusda 13 rusiyalı idmançı iştirak edir. Onlar Olimpiadanın açılış mərasimində iştirak etməyiblər.

Qış Olimpiadasında medal qazanan ölkələr

Bizə qoşulun