Medianews.az
Çaytikanının faydaları:
76 baxış

Çaytikanının faydaları: İmmunitetdən dəriyə qədər

Alimlər çaytikanının orqanizm üçün olduqca faydalı məhsul ola biləcəyini açıqlayıblar.

Medianews.az xəbər verir ki, "Foods" jurnalında dərc olunan araşdırmaya görə, çaytikanı funksional qidalanmada mühüm yer tuta bilər.

Mütəxəssislər bildirirlər ki, çaytikanının meyvəsi, toxumu və yarpaqları C və E vitaminləri, antioksidantlar, flavonoidlər, minerallar və faydalı yağ turşuları ilə zəngindir. Bu maddələr onun güclü antioksidant və iltihabəleyhinə təsir göstərməsinə kömək edir.

Araşdırmalara əsasən, çaytikanı qaraciyər, qan damarları və sinir sisteminin hüceyrələrini zədələnmədən qorumağa, həmçinin şəkər və yağ mübadiləsini dəstəkləməyə kömək edə bilər. Bəzi tədqiqatlarda onun ürək-damar sistemi üçün də faydalı olduğu qeyd olunub.

Alimlər çaytikanının dəri üçün də müsbət təsir göstərdiyini vurğulayıblar. Bitkinin yağı və ekstraktlarının toxumaların bərpasını sürətləndirdiyi, iltihabı azaltdığı və dərini zədələnmədən qoruduğu bildirilib. Buna görə çaytikanı həm qida, həm də kosmetik məhsullarda perspektivli tərkib hissəsi hesab olunur.

 

Bizə qoşulun