Hər il iyunun 12-si Rusiya Günü münasibətilə Moskvada keçirilən konsertin yeri dəyişdirilib.
Medianews.az xəbər verir ki, daima Qırmızı meydanında təşkil edilən konsert bu dəfə Moskva Mədəniyyət Mərkəzinin qarşısındakı Preobrajenskaya meydanında olacaq.
Yerdəyişmənin səbəbi açıqlanmayıb.

Qırmızı meydanda kütləvi tədbirlərin keçirilməsi son günlərədək davam edib. May ayında burada İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə hərbi parad olub. İyunun 4-dən 7-dək isə Qırmızı meydanda kitab festivalı keçirilib.