Medianews.az
“Neftçi”nin futbolçusu “Porto”nun prezidenti ilə görüşdü -
85 baxış

“Neftçi”nin futbolçusu “Porto”nun prezidenti ilə görüşdü - FOTO

“Neftçi”nin futbolçusu Vensan Abubakar çempionatda yaranan fasilədən istifadə edərək Portuqaliyaya yollanıb.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, sabiq klubu “Porto”nun düşərgəsinə baş çəkib.

V.Abubakar klub prezidenti Andre Villaş Boaşla görüşüb.

Portuqaliya mətbuatı bu görüşün təsadüf olmadığını, forvardın “Porto”ya mümkün keçidinin baş tuta biləcəyini yazıb.

Qeyd edək ki, Vensan Abubakar 2014-2020-ci illərdə “Porto”da çıxış edib.

Bizə qoşulun