Onkoloq erkən mərhələdə xərçəngi göstərə bilən simptomları açıqlayıb.
Medianews.az xəbər verir ki, onkoloq və kimyaterapevt Yevgeni Çiçikov bildirib ki, həkimlər xəstənin kiçik şikayətlərinə əsasən belə xərçəng ehtimalını nəzərə alaraq əlavə müayinələr təyin edə bilərlər.
Onun sözlərinə görə, xərçəngin ümumi əlamətləri arasında səbəbsiz yorğunluq, halsızlıq, 37 dərəcə ətrafında temperatur və çəki itkisi var. Lakin bu əlamətlər digər xəstəliklərdə də müşahidə oluna bilər.
Daha spesifik əlamətlərə isə qısa müddətdə forma və rəng dəyişən xal, sidik və ya nəcisdə qan, süd vəzisində bərkimə və forma dəyişikliyi, eləcə də uzunmüddətli öskürək daxildir.
Həkim vurğulayıb ki, bu cür simptomlar yarandıqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Erkən diaqnostika üçün isə yaşa və risk qrupuna uyğun skrininq müayinələri ən effektiv üsul sayılır.
Medianews.az