Medianews.az
Qadın təsadüfən 17 santimetrlik
65 baxış

Qadın təsadüfən 17 santimetrlik qaşığı UDDU

Belçikada 28 yaşlı Raimi Amelinks təsadüfən 17 santimetrlik qaşığı udub və bir neçə gün onu mədəsində daşımalı olub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, qadın hadisənin yoqurt yeyərkən baş verdiyini bildirib.

Onun sözlərinə görə, divanda oturduğu zaman əllərini boşaltmaq üçün qaşığı ağzında saxlayıb. Bu anda iti onun dizlərinə tullanıb və qadın başını geri atıb. Nəticədə qaşıq təsadüfən boğazına düşüb.

Qadın qaşığı çıxarmağa çalışsa da, onun artıq çox dərinliyə getdiyini anlayaraq udmaq məcburiyyətində qalıb. Amelinks əvvəlcə yalnız utandığını və baş verənləri ciddi qəbul etmədiyini deyib. Hətta sevgilisi işdən evə qayıtdıqdan sonra da hadisə barədə ona məlumat verməyib.

Qadın yalnız axşam saatlarında internetdə oxuduğu məqalələrdən sonra vəziyyətin təhlükəli olduğunu anlayıb və xəstəxanaya müraciət edib. Həkimlər qaşığın ölçüsünün böyük olduğunu və təbii yolla orqanizmdən çıxmayacağını bildiriblər. Buna görə də bir neçə gün sonra qastroskopiya proseduru təyin edilib.

Amelinksin sözlərinə görə, gecələr mədəsindəki qaşığı daha aydın, bəzən isə onun qabırğaları arasında hərəkət etdiyini hiss edib. O, şişkinlik, ürəkbulanma və yemək zamanı narahatlıq yaşadığını qeyd edib.

Həkimlər qastroskopiya zamanı qaşığı uğurla mədədən çıxara biliblər. Qadın prosedurun ağrılı olduğunu desə də, cərrahi əməliyyata ehtiyac qalmadığı üçün sevindiyini bildirib. Yaşadığı çətin təcrübəyə baxmayaraq, Amelinks qaşığı xatirə olaraq saxlamağa qərar verib.

Medianews.az

Bizə qoşulun