Medianews.az
Qəhvədən imtina etmək üçün daha bir
70 baxış

Qəhvədən imtina etmək üçün daha bir SƏBƏB

Həkim Dmitri Demidik qəhvə içməyin nə vaxt qəti şəkildə əks göstəriş olduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, Demidik əsasən hamilə qadınlara qəhvədən çəkinməyi məsləhət görüb.

O izah edib ki, yüksək dozada kofein uşaqlıq tonusunu artırıb düşükə səbəb ola bilər. O, həmçinin narahatlıq pozğunluğu, xüsusən də panik atakları olan insanlara qəhvədən çəkinməyi tövsiyə edib, çünki kofein narahatlığa səbəb ola bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, əgər ürək-damar xəstəlikləriniz, xüsusən də dərmanlarla idarə olunmayan nəzarətsiz hipertoniyanız varsa, qəhvə istehlakından çəkinmək lazımdır. Bu vəziyyətlərə aritmiya, qulaqcıqların fibrillyasiyası və mədəcik ekstrasistolaları da daxildir.

O, həmçinin mədə-bağırsaq xəstəliklərini əks göstəriş kimi göstərib. Həkim izah edib ki, xüsusilə qastroezofageal reflüks xəstəliyi, onikibarmaq bağırsağın xorası və digər xəstəlikləri olan insanların qəhvədən çəkinməsi vacibdir.

Medianews.az

Bizə qoşulun