İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi sosial şəbəkə hesablarında paylaşım edərək sərt açıqlama verib.
Medianews.az-ın məlumatına görə, Məcid Musəvi bildirib ki, Hörmüz boğazında vəziyyəti qeyri-sabitləşdirməyə yönələn istənilən addım ciddi nəticələrə səbəb olacaq.
Musəvi paylaşımında bu ifadələri işlədib: “Müqəddəs Hörmüz boğazında vəziyyəti qeyri-sabitləşdirmək istəyirsiniz?! O zaman bütün bölgəni sizin üçün cəhənnəmə çevirəcəyik”.