Medianews.az
Türkiyədə qəzaya uğrayan F-16-nın GÖRÜNTÜLƏRİ YAYILDI
58 baxış

Türkiyədə qəzaya uğrayan F-16-nın GÖRÜNTÜLƏRİ YAYILDI

Xəbər verdiyimiz kimi, Türk Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Balıkəsirdə qəzaya uğrayıb.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində pilotlardan biri şəhid olub.

Qəza anı magistral yolda hərəkət edən sürücü tərəfindən mobil telefonla saniyə-saniyə lentə alınıb.

Məlumata görə, təyyarə Balıkəsirdə yerləşən 9-cu Əsas Reaktiv Bazasından havaya qalxıb. Saat 00:50 radələrində tapşırıq uçuşu həyata keçirən F-16 naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə nəticəsində bir pilot şəhid olub.

Təyyarə İzmir-İstanbul magistral yolunun Balıkəsirin Karesi rayonunun Naifli kəndi ərazisindən keçən hissəsində yerə çırpılıb. Qəza səbəbindən magistral yol hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb. Əraziyə çoxsaylı xilasedici və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisə zamanı magistral yolda hərəkət edən sürücü qəza anını mobil telefon vasitəsilə lentə alıb. Videoda təyyarənin qəfil yerə çırpıldığı görünür. Faciədən xəbərsiz olan sürücünün “İldırım idimi?” sualı isə sosial mediada geniş müzakirə olunub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Müdafiə strukturlarının məsələ ilə bağlı əlavə açıqlama verəcəyi gözlənilir.

Medianews.az

Bizə qoşulun