Venesuelada 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Venesuelanın Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə yerləşib. Karakasla Valensiya arasındakı məsafə təxminən 130 kilometrdir.
Güclü yeraltı təkanlar nəticəsində Karakasda bir neçə bina çöküb.
Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
Həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının ziyana görə bağlandığını açıqlanıb.
Zəlzələdən sonra hakimiyyət orqanları Puerto-Riko və ABŞ Virgin adaları üçün sunami xəbərdarlığı verib.
Tələfat barədə dəqiq məlumat yoxdur./axar.az