İranda davam edən etirazlarda ölənlərin sayı 5848-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Həmçinin etirazlarda 41283 nəfərin saxlanıldığı qeyd olunub.
"Iran International" jurnalının məlumatına görə isə, 8-9 yanvar tarixlərində ölkə miqyasında etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələri tərəfindən 36 500-dən çox iranlı öldürülüb. Jurnal iddia edir ki, hətta bəzi yaralı vətəndaşlar xəstəxanaya yerləşdirilərkən və müalicə alarkən başlarından güllələnib.
Bununla yanaşı digər dövlət qurumları da təhlükəsizlik orqanlarından fərqli rəqəmlər əldə ediblər. Lakin qətllərin qəsdən gizlədilməsi kimi pozuntu halları baş verdiyindən hətta təhlükəsizlik orqanlarının hələ dəqiq ölüm sayını bilmədiyi qeyd olunub.