Medianews.az
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir -
99 baxış

Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR

Aşura günü münasibətilə Azərbaycanda müxtəlif ünvanlarda qanvermə aksiyası keçirilir.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir.

Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda, sosial məsuliyyət hissini gücləndirməkdir.

Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyasının keçiriləcəyi ünvanlanlar:

1XəzərMirmövsüm Ağa Ziyarətgahı2NəsimiƏjdərbəy məscidi (Göy məscid)3NizamiSahib-əz-Zaman məscidi, Şah Abbas məscidi4SəbailBibiheybət məscid ziyarətgahı5Sabunçuİmam-Rza məscidi6SuraxanıQaraçuxur məscidi7YasamalTəzə Pir məscidi, İlahiyyat İnstitutu8BinəqədiCame məscidi, İmam Əli məscidi9Gəncəİmamzadə məscid ziyarətgah kompleksi10LənkəranMərkəzi Qan Bankının Lənkəran bölməsi11MingəçevirHeydər məscidi12SumqayıtCümə məscidi13Şəkiİmam Əli məscidi14ŞirvanŞirvan şəhər məscidi15Bərdəİmamzadə ziyarətgah məscidi16QubaMərkəzi Qan Bankının Quba bölməsi17MasallıCümə məscidi, Boradigah qəsəbə xəstəxanası18GöyçayƏbülfəzlil Abbas məscidi19XaçmazRayon Mərkəzi Xəstəxanası20SalyanHacı Tağı məscidi21ŞuşaYuxarı Gövhər ağa məscidi22AğdamAğdam şəhər Cümə məscidi23Naxçıvan şəhəriHeydər məscidi, Sarvanlar məscidi, Pirqəmiş məscidi24BabəkMərkəzi Rayon Xəstəxanası, Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri25OrdubadRayon Mərkəzi Xəstəxanası26CulfaRayon Mərkəzi Xəstəxanası, Bənəniyar kənd həkim məntəqəsi27ŞahbuzRayon Mərkəzi Xəstəxanası28KəngərliRayon Mərkəzi Xəstəxanası29SədərəkRayon Mərkəzi Xəstəxanası30ŞərurRayon Mərkəzi Xəstəxanası

Bizə qoşulun