Medianews.az
Bəy gəlinin ögey atasını güllələyib
97 baxış

Bəy gəlinin ögey atasını güllələyib ÖLDÜRDÜ

ABŞ-də toy mərasimi faciə ilə nəticələnib. 33 yaşlı bəy gəlinin 44 yaşlı ögey atasını güllələyərək öldürüb.

Medianews.az xəbər verir ki, hadisə Corciya ştatında baş verib.

Faciədən əvvəl tərəflər arasında mübahisə yaşanıb və gərginlik toy zamanı yenidən alovlanıb. Bu zaman gəlinin ögey atasının bəyə hücum etdiyi və bəyin özünü müdafiə etdiyini bildirib.

Mərhumun ailəsi isə onun silahsız olduğunu iddia edir.

Araşdırmalardan sonra bəyə qarşı irəli sürülən ittihamlar ləğv edilib. Hadisə ilə bağlı hüquqi prosesin davam edəcəyi bildirilir.

Medianews.az

Bizə qoşulun