Türkiyənin “Taşacak Bu Deniz” serialının aktyoru Ali Öner 2025-ci ilin avqust ayında Livanur Aydın ilə nişanlanmış, lakin cütlük daha sonra ayrılmaq qərarı vermişdi. Ayrılıqdan sonra sosial şəbəkələrdə Ali Önerin rol yoldaşı Zeynep Atılqan ilə münasibətdə olduğu barədə iddialar yayılıb.
Demokrat.az xəbər verir ki, Livanur Aydın isə adının hələ də bu mövzu ilə əlaqələndirilməsindən narahat olduğunu bildirib və yayılan iddialarla bağlı açıqlama verib.
Bunun ardınca Ali Öner də Zeynep Atılqan ilə münasibətdə olduğunu təsdiqləyərək bu əlaqənin Livanur Aydınla ayrılıqdan sonra başladığını qeyd edib.
Livanur Aydın keçmiş nişanlısı Ali Önerin Zeynep Atılqan ilə münasibətini açıqlamasından sonra yeni bir video paylaşaraq açıqlama verib. O bildirib ki, ona çoxlu mesajlar və dəstək sözləri göndərilib.
Aydın qeyd edib ki, ailəsi və yaxın çevrəsi ona dəstək olub və bu dəstəyin onun üçün çox dəyərli olduğunu vurğulayıb. O, tanımadığı insanların da göstərdiyi dəstəyə görə təşəkkür edib və “Mən yaxşılaşıram. Həyat davam edir və olduğum yerdən daha güclü şəkildə qalxacağıma inanıram” deyə bildirib.
Digər tərəfdən, Ali Öner və Zeynep Atılqan münasibətlərini rəsmiləşdirdikdən sonra Bodrumda tətilə gediblər. Güvercinlikdəki çimərlikdə görüntülənən cütlük dənizə girib, daha sonra günəşlənərək vaxt keçirib. Onların romantik anları kameralara da əks olunub.
11.06.2026, 06:29
185
baxış
Zara Editor