Medianews.az
Dindar aktyor filmdə öpüşə bilərmi? –
2,629 baxış

Dindar aktyor filmdə öpüşə bilərmi? – Ekspertdən CAVAB

Dindar bir insan üçün sənətlə məşğul olmaq mənəvi dəyərlərlə uyğunluq, niyyətin təmizliyi və cəmiyyətə fayda prinsipləri əsasında mümkündür. Bu halda əsas sual yaranır: dindar bir insan sənətlə hansı şərtlərlə məşğul ola bilər? Kino və teatr kimi sahələrdə isə bəzi məqamlar inanc baxımından çətinlik yarada bilər. Məsələn, filmdə öpüşmə səhnəsi varsa, dindar insan nə etməlidir və bu vəziyyətdə hansı seçim daha doğru sayılır?

Medianews.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, dindar bir insanın sənətlə məşğul olması qadağan deyil:

“Bəzi insanlar sələfi düşüncəsinə istinad edərək musiqinin, bəziləri də şəkil çəkməyin, ya da heykəl düzəltməyin haram olduğunu iddia edirlər. Lakin Quranda yazılır ki, Süleyman peyğəmbər sarayında heykəl düzəltməyi təşviq etmişdir. Yəni bu mövzuda ümumi qadağa yoxdur. Heykəlin özü də nədir? Bir növ şəkildir da. Yəni bundan başqa belə bir qadağa varmı? Xeyr!”

Elşad Miri qeyd edib ki, kinoya gəldikdə isə, məsələn, Səudiyyə Ərəbistanında illərdir kino sənəti qadağan olub və buna uyğun fətvalar verilib:

“Ona görə də heç bir kino sənayəsi inkişaf eləmədi. Amma neyədilər? Holivvudun yaxud da Bollivudun çəkdikləri filmlərə baxmaq məcburiyyətində qaldılar. Və yaxud da onların vasitsəsilə elədilər. Məsələn, İslam dünyasında bir film Holivudda çəkilir. Filmin maliyyəsini Liviyanın keşmiş kralı Qəddafinin yardımı ilə çəkilir. Bunu çəkən Mustafa Akkad olur. Sonra Akkadı öldürürlər".

İlahiyyatçı sonda vurğulayıb ki, filmdə mütləq intim səhnələr olması şərt deyil:

“Filmdə mütləq kimsə öpüşməlidir? Hər hansı intim səhnə olmalıdır? Əlbəttə ki, xeyr! İnsanların şəxsi münasibətlərini ictimailəşdirmək düzgün deyil. İslamda haram-haram, halal-halaldır və bu prinsip heç kim tərəfindən dəyişdirilə bilməz. Sənət xatirinə harama icazə verilə bilməz".

Oğuz Ayvaz

Bizə qoşulun