Medianews.az
Evdən 320 min manat oğurlayan şəxs həbs edilib -
139 baxış

Evdən 320 min manat oğurlayan şəxs həbs edilib - FOTO

Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 min manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub.

DİN-in mətbuat xidmətindən Medianews.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, 32 yaşlı paytaxt sakini Rəhman Əşrəfov Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bizə qoşulun