Medianews.az
“Onun üçün maşınımı da, evimi də sataram…”
72 baxış

“Onun üçün maşınımı da, evimi də sataram…”

Müğənni Elçin Cəfərovun Heydər Əliyev Sarayında ilk solo konserti baş tutub. Sənətçi konsert öncəsi media nümayəndələrinə özəl açıqlamalar verib.

Medianews.az xəbər verir ki, Elçin konsert öncəsi həyəcan hiss etsə də, bunu konsert üçün normal hesab etdiyini deyib: “Mən düşünürəm ki, bu konsert mənim sənət yolumda bir dönüş nöqtəsidir. Ona görə də həm geyimimlə, həm repertuarımla, həm də mənimlə birlikdə səhnədə olacaq gözəl ifaçılarla fərqlənməliyik”.

Sənətçi doğma şəhərində, ölkənin əsas səhnələrindən birində çıxış etməyin böyük məsuliyyət olduğunu vurğulayıb: “Belə böyük bir məkanda konsert vermək həm çox məsuliyyətlidir, həm də çox həyəcanlıdır. Bunun həm maddi, həm də mənəvi tərəfi var”.

O, konsert üçün ciddi maliyyə xərcləri çəkdiyini də gizlətməyib: “Mən sənətimi çox sevirəm və sənətim üçün hər zaman xərcləməyə hazıram. Lazım olsa maşınımı da, evimi də sataram. Təki ürəyimdə olan işi görə bilim”.

Müğənni gələcək planlarından danışarkən isə özünə sərhəd qoymadığını bildirib: “Mən ümumiyyətlə limitsiz düşünən insanam. Harada dayanacağımı özüm də tam bilmirəm. Ona görə də deyə bilərəm ki, bu hələ başlanğıcdır”.

Müşfiqə

Bizə qoşulun