Türkiyəli məşhiur müğənni Gülben Ergen qatıldığı tədbirdə “Ailem” serialı ilə bağlı sual qarşısında çətin anlar yaşayıb.
Medianews.az xəbər verir ki, bir müddət əvvəl sənətçinin serialın ikinci mövsümündə rol alacağı və layihənin TRT-nin rəqəmsal platforması Tabii-də yayımlanacağı iddia edilirdi.
Lakin TRT-nin rəsmi açıqlamasında “Ailem” adlı layihənin yayım planında olmadığı bildirilib.
Tədbir zamanı jurnalistlərin serialla bağlı sualını eşidən Ergen qısa gərginlik yaşayıb və mövzuya münasibət bildirmədən müsahibəni bitirib.
Layihənin yayımı ilə bağlı qeyri-müəyyənlik davam edir.
Medianews.az