Paytaxtın Xətai rayonunda "Range Rover" markalı avtomobildən 11 000 manat oğurlanıb.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə "ayıq sürücü" xidməti göstərdiyini bildirərək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.