Mövsüm başa çatan kimi transfer bazarında fəallaşan “Qarabağ”ın maraq dairəsinə düşən daha bir legioner bəlli olub.
Medianews.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam klubu “Srvena Zvezda”nın hücumçusu Şavi Babikanın keçidində maraqlıdır.
Serb klubu Qabon millisinin 25 yaşlı üzvünü komandada saxlamağı planlaşdırmır və onu münasib qiymətə satmağa hazırdır.
Hazırda Türkiyədə “Fatih Karagümrük”də icarədə olan forvardın serblərlə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Lakin bu transferdə “Qarabağ” tək deyil. Kiprin “Omoniya” və Yunanıstanın AEK klubları da futbolçunun durumunu yaxından izləyir.
Qeyd edək ki, Ağdam təmsilçisi artıq Jali Muaddib (“Omoniya”) və Zakaria Savonu (“Yurqorden”) heyətinə cəlb edib.