Medianews.az
Xəzər regionunda iqtisadi təhlükəsizlik -
156 baxış

Xəzər regionunda iqtisadi təhlükəsizlik - Vaşinqtonda müzakirə olunacaq

Vaşinqtonda iyun ayının 10-da "Transxəzər forumu 2026" keçiriləcək.

Medianews.az "Report"a istinadən xəbər verir ki, forum "Sülh və dayanıqlı tərəfdaşlıq vasitəsilə iqtisadi təhlükəsizlik" devizi altında keçiriləcək.

Tədbir ABŞ və Xəzər regionu ölkələrinin yüksək vəzifəli hökumət nümayəndələrini, aparıcı ekspertləri və özəl sektorun rəhbərlərini bir araya gətirəcək.

Müzakirənin mərkəzində ABŞ ilə Böyük Xəzər regionu ölkələri arasında strateji tərəfdaşlığın inkişafı dayanır.

Forumda ABŞ dövlət katibinin müavini Kristofer Landau, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan, Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşavirinin müavini Javlon Vahabov, Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov, eləcə də Xəzər regionunun digər yüksək vəzifəli nümayəndələri iştirak edəcək.

Məlumata görə, forumun gündəliyinə regionun strateji baxışı və Xəzər əməkdaşlığının yeni mərhələsinə dair perspektivlər, Orta Dəhlizin inkişafı, rəqəmsal suverenlik və sənaye süni intellekti, kritik əhəmiyyətli faydalı qazıntılar, Xəzər hövzəsinin enerji təhlükəsizliyi, regionda nüvə energetikasının inkişafı, eləcə də Orta Dəhliz boyunca biznes layihələrinə investisiyaların cəlb edilməsi məsələləri daxil edilib.

Bizə qoşulun