Yatağa girən kimi anındaca yuxuya getmək sağlamlıq deyil, əksinə, xroniki yorğunluq və gizli yuxusuzluq (insomniya) göstəricisidir.
Medianews.az xəbər verir ki, bu barədə yuxu mütəxəssisi Mişel Drerupun danışıb.
Onun sözlərinə görə, normalda insan 10-20 dəqiqə ərzində yuxuya getməlidir. Başını yastığa qoyan kimi yatmaq isə çox vaxt yuxu apnesi, depressiya, təşviş pozuntusu və ya huzursuz ayaqlar sindromu kimi gizli qalan xəstəliklərin xəbərçisidir.
Medianews.az