Medianews.az
Azər Rəşidoğlu müalicədən qayıdıb: <span style=color:red>“Bu qədər sevgi gözləmirdim...”
310 baxış

Azər Rəşidoğlu müalicədən qayıdıb: “Bu qədər sevgi gözləmirdim...”

Tanınmış jurnalist, Qaynarinfo portalının redaktoru Azər Rəşidoğlu uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Bakıya dönüb. A.Rəşidoğlu Medianews.az-a açıqlamasında deyib ki, müalicənin ilk mərhələ uğurlu olub: “Ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt apardı. Dövlətimiz sağ olsun, məni yalnız buraxmır. Bu qədər insanın sevgisini və duasını, narahatlığını gözləmirdim. Allah hamınızdan razı olsun. Hər kəs mənim problemimi öz doğmasının problemi hesab etdi və hər addımı nəzarətdə saxladı. Mediadakı həmkarlarımız bu məsələni gündəmdən düşməyə qoymadı. Uzun çəkən bir savaşda birlikdəyik. İnşallah, birlikdə sevinəcəyik. Azərbaycan - çox yaşa!..” Jurnalist iki həftəyə yəqin ki, yenidən (bu dəfə qısamüddətli) Türkiyəyə gedəcəyini də qeyd edib. Onkoloji problemləri olan A.Rəşidoğlu xaricdə dövlət hesabına müalicə alır. Toğrul Əli, Medianews.az

Bizə qoşulun