Mütəmadi olaraq şirin qazlı və şəkərli içkilərin qəbulu qaraciyər xərçəngi riskini ciddi dərəcədə artırır.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "JAMA Network Open" jurnalında dərc olunan elmi araşdırmada bildirilir.
Alimlər 1,5 milyondan çox insanın 18 illik məlumatlarını təhlil ediblər. Müəyyən edilib ki, tərkibində əlavə şəkər olan içkiləri tez-tez istehlak edənlərdə qaraciyər xərçənginin ən çox yayılan iki növünün (hepatoselyulyar karsinoma və intrahepatik xolangiokarsinoma) inkişaf riski kəskin yüksəlir.
Maraqlıdır ki, süni dadlandırıcı (şəkər əvəzedicisi) olan içkilərdə bu risk qeydə alınmayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkərin maye şəklində müntəzəm qəbulu qaraciyərin sağlamlığına birbaşa zərbə vurur və gələcəkdə ağır fəsadlara yol açır.
Medianews.az