Medianews.az
Millinin kapitanı: Narkokartellər iranlıları dost sayır - VİDEO
76 baxış

Millinin kapitanı: Narkokartellər iranlıları dost sayır - VİDEO

"Meksikanın narkokartelləri iranlılarla dostdur".

"Yeni Sabah" SNN-ə istinadla xəbər verir ki, bunu Dünya çempionatın yollanmış İran millisinin kapitanı Əlirza Cəhanbəxş bildirib.

Hazırda Meksikanın ən kriminal şəhərlərindən olan Tixuanada olan və ciddi təhlükəsizlik şərtləri altında yaşayan İslam Respublikası futbolçuları, deyəsən, heç narahat deyil. 

Millinin kapitanı Əlireza Cəhanbəxş iddia edir ki, narkokartellərin İrana və iranlılara xüsusi rəğbəti var.

O, bir neçə il əvvəl Meksikada başına gəlmiş hadisəni nəql edib:

"Maşınla gedirdik, maskalı adamlar yolumuzu kəsdi, üst-başımızı yoxlamağa başladılar, cibimdə cəmi 30€ vardı. Quldurlardan biri soruşdu ki, hansı ölkədənsiz? Hollandiyadan uçub gəldiyimizdən "Hollandiya", - dedim. Bundan sonra bizdən böyük məbləğ tələb olundu. Yol yoldaşım pıçıldadı: "İran de, onlar iranlıları bəyənirlər". Mən də sözümə düzəliş etdim. "Aaa İran" deyib bizi sərbəst buraxdılar. Amma hər halda 30 avronu aldılar".

Bizə qoşulun