Medianews.az
Rusiyanın Ukraynadan sonrakı hədəfi bilindi -
165 baxış

Rusiyanın Ukraynadan sonrakı hədəfi bilindi - Bu ölkəyə HÜCUM EDİLƏCƏK

Rusiya Kareliya Respublikasında, Petrozavodsk yaxınlığındakı Novaya Vilqa kəndində, Finlandiya sərhədinə yaxın ərazidə yeni hərbi baza tikintisinə başlayıb.

Medianews.az xəbər verir ki, bu barədə Finlandiya kəşfiyyatının keçmiş zabiti Marko Eklundun açıqlamalarına və peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, tikintinin aktiv mərhələsi 2026-cı ilin yazında başlayıb. Gələcək hərbi şəhərcik ərazisində artıq təxminən 10 iri kazarma binasının inşası aparılır.

Ekspertlər bildirirlər ki, layihənin miqyası region üçün misilsiz hesab olunur. Çünki indiyədək bu ərazidə əsasən sovet dövründən qalan hərbi obyektlərin modernləşdirilməsi və yenidən qurulması həyata keçirilirdi.

Peyk görüntülərinin təhlilinə əsasən, tikinti sahəsinin hazırlanmasına 2025-ci ilin sonlarında başlanılıb. İlk meşə qırıntıları noyabr ayında qeydə alınıb, qış mövsümündə isə genişmiqyaslı torpaq işlərinə start verilib.

Finlandiyalı müşahidəçilərin qiymətləndirməsinə görə, yeni qarnizon son onilliklərdə Rusiyanın Finlandiya sərhədi yaxınlığında inşa etdiyi ən iri hərbi obyektlərdən birinə çevrilə bilər./ Konkret.az

Bizə qoşulun