Çində baş verən güclü partlayış nəticəsində azı 7 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.
Medianews.az xəbər verir ki, hadisə iyunun 11-nə keçən gecə ölkənin cənubundakı Quansi-Çjuan muxtar rayonunun Quilin şəhər dairəsində qeydə alınıb.
İlkin araşdırmalara görə, hadisəyə məişət qazının partlaması səbəb olmayıb. Hazırda faciənin dəqiq başvermə səbəbləri polis tərəfindən araşdırılır.
Medianews.az