Türkiyədə zaman-zaman növbədənkənar prezident və parlament seçkiləri gündəmə gəlir.
Medianews.az bildirir ki, ölkə konstitusiyasına görə, prezident və parlament seçkiləri beş ildən bir eyni gündə keçirilir. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda - mayın 28-də bitib.
600 nəfərlik parlamentin - Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunmalıdır.
Qanunverici orqanın hazırda 592 üzvü var.
9 millət vəkili partiyasızdır.
Ədalət və İnkişaf Partiyası 275, müttəfiqi - Milliyyətçi Hərəkat Partiyası 46 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyası 138 mandatla göstərilir.
Xalqların Bərabərlik və Demokratiya Partiyası 56, Yaxşı Partiya 30, Demokratiya və Sıçrayış, Gələcək və Səadət partiyalarının fraksiya kimi qurduğu Yeni Yol Partiyası ümumilikdə 21, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1 mandata sahibdir.
Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014, 2018 və 2023-cü illərdə prezident seçilib.
2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb. Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar verməsi halında Rəcəb Teyyub Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər.