Medianews.az
Ona dedim ki, kişi kimi döyüş,
150 baxış

Ona dedim ki, kişi kimi döyüş, qaçma

Bakıda keçirilən UFC turnirində Azərbaycan azarkeşlərinə unudulmaz anlar yaşadan təmsilçimiz Tahir Abdullayev qələbədən sonra diqqətçəkən açıqlamalar verib.

Medianews.az bildirir ki, braziliyalı rəqibi Jefferson Nasimentonu gərgin mübarizənin sonunda məğlub edən döyüşçü oktaqondan birbaşa mətbuat konfransına yollanıb. Abdullayev qələbənin sevincini gizlətməsə də, ilk növbədə onu bu günlərə gətirən insanlara təşəkkür etməyi unutmayıb.

Döyüş zamanı rəqibinin müdafiəyə üstünlük verməsinə də toxunan təmsilçimiz maraqlı etiraf edib: “Ona dedim ki, kişi kimi döyüş, qaçma. Məşqçisi mənə baxanda isə ingiliscə dedim ki, sən də gəl, səni də aşırım”.

Oktaqona ənənəsinə sadiq qalaraq “Mehtər marşı” ilə çıxan Abdullayev rəqibin ayağına endirdiyi zərbələrin planlarını dəyişmədiyini bildirib.

Azərbaycanlı döyüşçü qələbəsini bütün azarkeşlərə həsr etdiyini vurğulayıb. O, xüsusilə Bakıdakı atmosferin ona əlavə güc verdiyini qeyd edib: “Burada məğlub ola bilməzdim. Azarkeşlərin dəstəyini hər an hiss edirdim”.

Beləliklə, UFC Bakı gecəsində yerli azarkeşlərin ən çox gözlədiyi qələbələrdən biri məhz Tahir Abdullayevdən gəlib.

Müşfiqə

https://t.me/medianewsaz/40408

Bizə qoşulun